Türk ordusunun Əl-Babı almasına ABŞ-dan maraqlı reaksiya
24.02.2017 12:24 Dünyadan reaksiya 1242
Şon Spayser: "Hal-hazırda təhlükəsiz bölgənin coğrafi yeri bizim üçün dəqiq bir nöqtə deyil"
"Suriyada təhlükəsiz bölgə yaradılması məsələsi ilə əlaqədar fəaliyyətlər davam edir". Bunu Ağ Evin mətbuat katibi Şon Spayser gündəlik mətbuat konfransında deyib.
O, ABŞ prezidenti Donald Tramp və komandasının Suriyada təhlükəsiz bölgələr məsələsindəki fəaliyyətlərini davam etdirdiklərini bildirib. Spaysır Suriyanın Əl-Bab şəhərinin terror təşkilatı İŞİD-dən xilas edilməsini xatırladan jurnalistin “Prezidentin görmək istədiyi bu cür bir təhlükəsiz bölgədirmi?” sualına belə cavab verib: “Hal-hazırda təhlükəsiz bölgənin coğrafi yeri bizim üçün dəqiq bir nöqtə deyil. Hazırda prezident həm maliyyə, həm də bu işin necə həyata keçiriləcəyi baxımından dünya liderlərindən vəd almaq istəyir. Ümumi mənada bölgə ölkələrindən əhatəli vədlər verilməsinə ehtiyacımız var”. Ağ Evin sözçüsü yaxın zamanda əlaqədar qurumların hazırlıqlarını başa çatdıracaqlarını və məsələyə dair lazım olan bəyanatı verəcəklərini qeyd edib.
Şərhlər