3 yaşında öldürülməli idi, 14 il sonra dəhşətli qətlin üstünü açdı: ""Anan səni tərk etdi" dedilər" - FOTOLAR

24.02.2017 13:33     Dünyadan reaksiya     1430

Konyada qohumları tərəfindən 14 il əvvəl bacısı və iki oğlu tərəfindən kəmərlə boğularaq öldürüldüyü ortaya çıxan qadının 17 yaşlı qızı Aleyna Gökçənin çətin həyat mübarizəsi eşidənləri duyğulandırır. Ailənin 3 yaşındaykən öldürmək qərarı verdiyi, ancaq son anda bu fikirdən imtina etdikləri gənc qız, illərdir itkin düşdüyü deyilən anasıyla bağlı tükürpədici etiraf edib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Aleyna Gökçə: "Həmişə "anan səni tərk etdi" deyildiyi üçün ondan hesab soruşmaq istədim. İndi ən azından, anamın məni tərk etmədiyini isbat etdim, sevindim", - ifadəsini verib.

Öldürüldükdən sonra şəxsiyyəti təsbit edilə bilmədiyi üçün kimsəsizlər qəbristanlığına dəfn edilən Ümmü Şimşəyin qatillərinin tutulması ilə bir dram ortaya çıxıb.

Anası ilə əlaqədar çox şey bilmədiyini və xatırlamadığını ifadə edən Gökçə atası da həbsxanada olduğu üçün 3 yaşından bəri nənə və babasının yanında böyüdüyünü dilə gətirib.

Anasının fotosunu ilk dəfə 14 yaşında gördüyünü bildirən Gökçə: "Çox duyğulandıq. İki gün ərzində otaqdan çıxa bilmədim. Əlimdə anama aid bir foto var" , - deyib.

Anasının tapılması üçün əlaqədar təşkilatlara müraciət etdiyini vurğulayan Gökçə bunları qeyd edib:

 

"Anamın itkin olduğu haqda müraciət etdim. Sonra anamın qohumlarımız tərəfindən öldürüldüyü ortaya çıxınca inanmaq istəmədim. İndi ən azından, anamın məni tərk etmədiyini sübut etdim, sevindim. Anamın bacısı və iki oğlu həbs olundular. İllərdir xalalarımdan biriylə qonşuymuşuq, amma xalam olduğunu bilmirdim. Beş ay əvvələ qədər heç bir qohumumu tanımırdım. Həmişə məndən uzaq durublar. İllərcə məni tərk etdiyi üçün anama qarşı hirsli oldum, üzüldüm. Ədalətin yerini tapmasını istəyirəm".

Qeyd edək ki, Ümmü Şimşəyin itdiyi bildirilən ildə həyat yoldaşı Həsən Şimşək adam öldürdüyü iddiası ilə həbsxanada olub, o dövrdə 3 yaşlı qızı isə ana babasının himayəsinə verilib. Polis Şimşəyin ailəsi və yaxınlarıyla görüşüb. Polis ailə üzvlərinin bəzilərinin ziddiyyətli ifadələr verməsindən şübhələnib.

 

Reaksiya.az

Şərhlər