Hulusi Akar: “Əl-Bab tam nəzarət altındadır”
25.02.2017 12:00 Dünyadan reaksiya 1238
Türkiyənin Baş Qərargah rəisi: “Əl-Bab tam nəzarət altındadır”
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı məqsədinə nail olub.
Bunu Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bəyan edib. “Əl-Bab şəhəri tam nəzarət altındadır. Əməliyyatın əvvəlində planlaşdırılan bütün məqsədlərə nail olunub. Bundan sonra həyatın normallaşması, yerli əhaliyə evlərinə qayıtmaq üçün yardım ediləcək” — Akar bildirib. Türkiyənin Baş Qərargahı fevralın 23-də Suriyanın Əl-Bab şəhərinin terrorçulardan tam təmizləndiyini bəyan etmişdi. Türkiyə ordusu ötən il avqustun 24-dən başlayaraq Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirib.
Reaksiya.az
Şərhlər