Ərdoğanın Putinlə müzakirə edəcəyi məsələləri açıqlandı

27.02.2017 12:59     Dünyadan reaksiya     1289

Suriya münaqişəsinin həlli məsələsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı əsas müzakirə mövzusu olacaq.

Bunu R.T.Ərdoğanın müşaviri İlnur Çevik deyib.

O bildirib: "Məlumdur ki, rəsmi Ankara və Moskva Suriyada atəşkəs rejiminin əldə olunmasına nail olub və görüş zamanı bu məsələnin detalları müzakirə olunacaq".

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidentinin Moskvaya səfirinin martın 9-10-da baş tutacağı açıqlanmışdı.

Reaksiya.az

Şərhlər