Tramp Obamanı Rusiyaya qarşı zəiflik göstərməkdə ittiham edib

07.03.2017 22:17     Dünyadan reaksiya     1238

ABŞ prezidenti Donald Tramp növbəti dəfə sələfi Barak Obamanı Rusiyaya qarşı zəiflik göstərməkdə ittiham edib.

 

Reaksiya.az-ın xəbərinə görə, D. Tramp özünün “Twitter” səhifəsində yazıb: “Rusiya səkkiz il ərzində prezident Obamanın “üstündən keçib”, gücləndikcə güclənib, Krımı ələ keçirib və raketlərinin sayını artırıb. Aciz!”

 

Qeyd edək ki, D. Tramp daha öncə də B. Obamanı Rusiyaya qarşı yumşaq münasibətdə günahlandırıb. “Rusiya Obama administrasiyasının dövründə Krımı özünə birləşdirib. Obama Rusiyaya qarşı çox yumşaq olmayıbmı?” – deyə o, fevralın ortalarında yazdığı “tvit”də vurğulayıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar