ABŞ-dan Türkiyəni qəzəbləndirən açıqlama
09.03.2017 12:44 Dünyadan reaksiya 1052
Mark Toner: "İŞİD-ə qarşı mübarizə apara bilən yeganə qüvvə YPG-PYD-dir. Onlara hər cür silah-sursat yardımını davam etdirməliyik".
"Suriyadakı YPG-PYD silahlılarına dəstəyimiz bundan sonra da davam edəcək". Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner jurnalistlərlə görüşündə deyib.
"Onlar İŞİD-ə qarşı mübarizədə effektli qüvvədir. Ona görə də biz onlara hər cür silah-sursat yardımını davam etdirməliyik. Çünki terror təşkilatı ilə mübarizə apara bilən yeganə qüvvə YPG-PYD-dir" — Toner əlavə edib.
Reaksiya.az
Şərhlər