Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq

09.03.2017 13:21     Dünyadan reaksiya     1091

 Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

Bu rejim 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra iyulun 20-dən tətbiq edilib. Türkiyə Böyük Millət Məclisi sonuncu dəfə bu il yanvarın 20-də bu rejimin tətbiqinin 3 ay uzadılması haqqında layihəni qəbul etmişdi. Onun müddəti aprelin 20-də başa çatır. 

Reaksiya.az

Şərhlər