Amerikanın hərbi büdcəsi təsdiqləndi, Rusiyaya yasaq qoyuldu

09.03.2017 13:23     Dünyadan reaksiya     1242

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin hərbi büdcəsini təsdiqləyib. Novator.az-ın məlumatına görə, 2017-ci ilin 9 ayını əhatə edən sənəd hərbi xərclərin 578 milyard dollar olmasını nəzərdə tutur.

Martın 8-də keçirilən səsvermədə 371 konqresmen büdcənin təsdiqinə tərəfdar olub, 48 nəfər sənədin əleyhinə çıxıb.

Büdcə qanunu Pentaqona Rusiyanın “Rosoboroneksport” şirkəti ilə hər hansı işbirliyini qadağan edir. Bu məhdudiyyət Suriyaya silah satışı və Ukraynanın Krım bölgəsinin işğalı ilə əsaslandırlıb.

Reaksiya.az

Şərhlər