Alman nazir: “İsgəndər”lərə görə narahatıq”

09.03.2017 13:34     Dünyadan reaksiya     1122

Rusiyanın İsgəndər-M raketlərinin Kalininqradda daimi olaraq yerləşdirilməsi Avropa təhlükəsizliyinin təminatına böyük zərbə vuracaq.

bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel söyləyib. O, Berlinin Kalininqradda baş verənləri diqqətlə izlədiyini bildirib.

Qeyd edək ki, Rusiya bir müddət əvvəl Kalininqrada İsgəndər-M raketlərini yerləşdirib. Moskva belə bir addımı Şərqi Avropada ABŞ raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə cavab olaraq atdığını bildirib. Raketlərin Kalininqradda yerləşdirilməsi Avropa ölkələri və ABŞ-ın kəskin tənqidinə səbəb olub.

Şərhlər