Donald Tusk yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib

10.03.2017 11:42     Dünyadan reaksiya     1104

Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb

Donald Tuskun Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində mandatı uzadılıb.

Sputnik Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, D.Tusk qurumun Brüssel sammitində tələb olunan sayda səs toplaya bilib. O, 2019-cu ilin noyabrınadək bu vəzifəni icra edəcək. Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb. O, bu vəzifədə belçikalı Herman Van Rompeyi əvəzləyib. Reqlamentə uyğun olaraq, D. Tuskun səlahiyyət müddəti cari ilin may ayının 31-də başa çatacaq.

Reaksiya.az

Şərhlər