Rus ordusu irimiqyaslı hərbi təlimlərə başladı

13.03.2017 14:26     Dünyadan reaksiya     1162

Təlimlərdə Rusiyanın Ermənistan və Abxaziyada yerləşən hərbi birləşmələrinin də hərbi hazırlıq səviyyəsi yoxlanacaq

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanı ölkənin cənubunda 6 min hərbi qulluqçu və 1,5 min ədəd hərbi texnikanın iştirakı ilə hərbi təlimlər elan edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, təlimlərdə Krasnodar və Stavropol diyarları, Həştərxan və Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz və Adıgeydə, o cümlədən Ermənistan və Abxaziyada yerləşən Rusiya hərbi birləşmələrinin hərbi hazırlıq vəziyyəti yoxlanılacaq.

Məlumata görə, hərbi təlimlərin keçirilməsində əsas məqsəd hərbi bölmələrin qarşıya qoyulan vəzifələri icra etməsi və döyüş qabiliyyəti səviyyəsini yoxlamaqdır. Təlimlərə 20-dən çox qərargah və hərbi idarə cəlb olunub. Poliqonlarda taktiki təlimlər, habelə döyüş və xüsusi hazırlıqla bağlı tapşırıqlar yerinə yetiriləcək.

Reaksiya.az

Şərhlər