Rəsmi Ankara Avropa ilə sazişdən imtina edir

15.03.2017 13:51     Dünyadan reaksiya     1073

Türkiyə bundan sonra Avropa İttifaqı (Aİ) ilə miqrasiyaya dair razılaşmaya əməl etmək niyyətində deyil. Bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik deyib.

Onun sözlərinə görə, Avropa ölkələri Türkiyə vətəndaşlarına viza məsələsinin liberallaşdırılması üzrə obyektiv və dürüst mövqe tuta bilmir: “Avropa İttifaqı ilə miqrasiyaya dair razılaşmaya yenidən baxılmalıdır”.

Nazir, həmçinin bəyan edib ki, Türkiyə sazişin ona aid olan hissəsinə əməl edib, lakin Aİ-yə üzv ölkələr öz öhdəliklərindən boyun qaçırıblar.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi, eləcə də ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar iki ölkə arasında siyasi qalmaqal yaşanır.(azvision.az)

Reaksiya.az

Şərhlər