Prezident: İraq Rusiyaya qarşı ABŞ ilə münasibətlər qurmayacaq
28.03.2017 12:14 Dünyadan reaksiya 1155
İraq hər hansı bir ölkəyə qarşı digər ölkə ilə münasibətlər qurmayacaq.
Bunu RİA Novosti agentliyinə müsahibəsində İraq Prezidenti Fuad Məsum deyib.
Dövlət başçısı bütün tərəflərlə eyni səviyyədə əlaqələr qurmaq niyyətində olduğunu deyib:
“Biz bir ölkəyə qarşı digər ölkə ilə münasibətləri dəstəkləmirik. Bu bizim ümumi siyasətimizdir. Biz ABŞ-a qarşı Rusiya ilə və ya Rusiyaya qarşı ABŞ ilə münasibət yaratmayacağıq”.
Şərhlər