Parisdə qarşıdurma: 3 polis yaralandı, 35 nəfər tutuldu - VİDEO

28.03.2017 11:56     Dünyadan reaksiya     1074

Fransa paytaxtı Parisdə 56 yaşlı Li Şayonun polislər tərəfindən öldürülməsindən sonra yaşanan qarşıdurmalar nəticəsində üç hüquq mühafizə orqanı əməkdaşı yaralanıb.

Ölən şəxsin xatirəsini anmaq üçün onlarla adam bir yerə toplaşıb.

Parisin 19-cu dairəsinin polis bölməsi yaxınlığında keçirilən dinc aksiya sonradan qarşıdurmaya çevrilib. Hadisə nəticəsində naməlum şəxslər polis avtomobilinin şüşəsini sındırıb, onu yandırmağa çalışıblar. 

Polis aksiya iştirakçılarını ərazidən uzlaşdırmağa cəhd göstərib, lakin bu vaxt aksiya iştirakçıları onlara daş və şüşə qablar atmağa başlayıblar. 

Ümumilikdə qarşıdurmalar nəticəsində ən azı 35 nəfər saxlanılıb. 

Şərhlər