ABŞ-dan Kürdüstan dövləti iddialarına cavab

29.03.2017 12:30     Dünyadan reaksiya     1036

Rakkada kürd federativ dövlətinin qurulacağını ehtimal etmirəm.

 Bu sözləri ABŞ liderliyindəki koalisiya qüvvələrinin komandiri, general-leytenant Stefan Tounsend deyib.

“Mənim missiyam Kürdüstan dövləti qurmaq deyil. Biz Rakkanı hansısa qruplaşma üçün azad etmirik. Əslində, Suriya Demokratik Qüvvələrinə liderlik edən şəxslərin çoxu kürd olsa da, aralarında ərəblər, türkmanlar və başqa qruplar da var. Kürdlər Suriyanın şimalında çox az sayda yaşayırlar. Orada kürd federativ dövlətinin qurulacağını zənn etmirəm”, - Tounsend bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Suriya xəbər portallarından biri ABŞ-ın İraq və Suriyada Böyük Kürdüstan dövləti qurmaq üçün müxtəlif kürd qruplaşmaları ilə razılaşma imzaladığını yazıb.

Reaksiya.az

Şərhlər