Suriyada "İŞİD” liderlərindən biri öldürülüb

03.06.2015 22:54     Dünyadan reaksiya     781

“İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri, terrorçuların “xarici işlər naziri”  Məhəmməd Əl-Hələb məhv edilib.
     
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə,  terrorçu Suriyanın Xasaka şəhərində  öldürülüb. O, Suriya Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.
 
Xatırladaq ki, apreldə İŞİD qruplaşmasının “müdafiə naziri”, mayda isə “neft naziri” məhv edilib. 
 

Şərhlər

Çox oxunanlar