Rusların Türkiyəyə müthiş dönüşü
31.03.2017 12:00 Dünyadan reaksiya 1232
Rusiya və Türkiyə arasında baş vermiş təyyarə qalmaqalından sonra razılığın əldə olunması rus turistlərin Türkiyəyə axınını gücləndirib.
Türkiyə mətbuatı Rusiyadan gələn ziyarətçi sayının keçən ilin fevral ayına nisbətən bu il 95 faizə qədər artığını bildirir.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Türkiyənin sərhədlərini pozan Rusiya təyyarəsini vurması nəticəsində iki ölkə arasında münasibətlər gərginləşmişdi.
Həmin vaxt ölkələr arasında demək olar ki, bütün iqtisadi əlaqələr kəsildi və iqtisadi layihələr təxirə salındı. Amma uzun danışıqlardan sonra Rusiya və Türkiyə arasında aylarla davam edən qalmaqala son qoyuldu.
Həmin vaxtdan etibarən viza rejimi sadələşdirildi. Ona görə də Rusiyadan Türkiyəyə gələn turistlərin sayında kəskin artım hiss edilir.
Şərhlər