ABŞ aprelin 1-dən BMT Təhlükəsizlik Şurasında sədrlik etməyə başlayır

01.04.2017 11:06     Dünyadan reaksiya     1263

ABŞ aprelin 1-dən BMT Təhlükəsizlik Şurasında sədrlik etməyə başlayır. Ümumdünya təşkilatının əsas qurumun işlərinə rəhbərliyi ilk dəfə ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsini tutan Nikki Heyli edəcək. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın göstərişi ilə Nikki Heyli təşkilatın maliyyələşdirilməsinin azaldılmasının yollarını axtarır. Hazırda BMT-nin 92 minlik sülhməramlı qüvvələri kontingentinin illik xərci 8 milyard dollar təşkil edir. Bu məbləğin 28 faizini ABŞ ödəyir.

Şərhlər