Boliviya: “Venesuelaya qarşı hücumlar...”

01.04.2017 13:05     Dünyadan reaksiya     1338

Venesuela hökuməti siyasi təqiblərin qurbanı olub.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Boliviya Xarici İşlər Nazirliyi yayıb. Boliviya rəsmi Karakasa qarşı olan hücumların Nikolas Maduro hökumətini devirməyə doğru yönəldiyini bildirib. Rəsmi Sukre Venesuelaya qarşı təqiblərin Latın Amerikası ölkələrinin birliyini pozduğunu bildirib.

Qeyd edək ki, Venesuela Ali Məhkəməsi Prezident Nikolas Maduroya parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti verib. Buna səbəb parlamentin Ali Məhkəmənin qərarlarını tanımaması olub.

Reaksiya.az

Şərhlər