ABŞ: Qəbul etməliyik ki, Əsəd Suriya prezidentidir
01.04.2017 13:21 Dünyadan reaksiya 1368
Ağ Evin mətbuat katibi Bəşər Əsədin Suriyanın qanuni prezidenti olduğunu etiraf edib...
Ağ Evin mətbuat katibi Bəşər Əsədin Suriyanın qanuni prezidenti olduğunu etiraf edib.
ABŞ-ın Suriyayla bağlı yeni mövqeyini də açıqlayan Şan Spayser bildirib: “Bizdən öncə olan hakimiyyətin sahib olmadığı variantlara sahibik. İŞİD-in məhvi, qarşıdurmaların azalması, siyasi həll yolu istiqamətində addımlamaq bizim əsas işlərimizdəndir.
Əsəd barədə siyasi bir gerçəklik var ki, qəbul etməliyik. Əsəd Suriya prezidentidir. Öncəki hakimiyyət Əsəd hakmiyyətinin önündə çox fürsətləri əldən verdi.”
Qeyd edək ki, ABŞ-ın BMT-də olan nümayəndəsi də bu mövzu barədə açıq şəkildə bildirib ki, “Əsədin devrilməsi artıq Vaşiqtonun hədəflərindən deyil.”
ABŞ: Qəbul etməliyik ki, Əsəd Suriya prezidentidir
Şərhlər