Suriya 24 saat ərzində 16 məntəqəni azad etdi

01.04.2017 13:23     Dünyadan reaksiya     1324

Suriya ordusu irəliləməyə davam edir.

Suriya ordusu və müttəfiq qüvvələr sukta ərzində Həma əyalətinin şimalında yerləşən 16 yaşayış məntəqəsini azad ediblər. Terrorçulardan təmizlənmiş məntəqələr arasında Həttab və Nadel-əş-Şir də var. Suriyalı hərbçilərin sözlərinə görə, terrorçular ağır itkilər verərək, İdlib əyalətinin sərhədinə doğru geri çəkiliblər.

Suriya ordusu artilleriya və hərbi-hava qüvvələrinin dəstəyi ilə Həma ilə İdlib əyalətləri arasında yerləşən Həlfayə, Suran və Tel Beyt İmam yaşayış məntəqələrinə hücum etməyə davam edir.

“Cümə günü hücum zamanı Suriya ordusu düşmənin 2 tank və 2 texnikasını ələ keçirə bilib.”, - Suriya ordusunun Həmanın şimalındakı döyüşdə iştirak edən zabiti bildirib.

Reaksiya.az

Şərhlər