NATO Kalininqradda "İsgəndər" raketlərinin yerləşdirilməsini təhdid sayır
03.04.2017 12:25 Dünyadan reaksiya 1333
NATO ölkələri Rusiyaya məxsus “İsgəndər” raket kompleksinin Kalininqrad vilayətində yerləşdirilməsini öz təhlükəsizliklərinə təhdid hesab edirlər.
APA-nın məlumatına görə, bunu alyansın baş katibinin müavini Rouz Qottemüller “Kommersant” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Kalininqrad vilayəti Rusiya ərazisi olsa da, “İsgəndər” komplekslərinin yerləşdirilməsi hərbiləşmə tendensiyasına və hava məkanında nəzarətin gücləndirilməsinə sübutdur: "Rusiya ilə qonşuluqda olan ittifaq üzvləri bunu öz təhlükəsizliklərinə təhdid hesab edirlər”.
Şərhlər