Avropada köhnə münaqişə yenidən qızışır

03.04.2017 12:40     Dünyadan reaksiya     1482

Cəbəllütariq uğrunda Britaniya-İspaniya toqquşması başlaya bilər

Avropa İttifaqından ayrılma qərarı verən Böyük Britaniya ilə İttifaq arasında ərazi böhranı yaranıb. Söhbət Avropa ilə Afrika qitəsini bir-birindən ayıran Cəbəllütariq boğazı və oradakı adalara kimin nəzarət edəcəyindən gedir.

300 ildir ki, İngiltərənin tabeliyində olan bölgəyə İspaniya da iddia etməyə başlayıb. İndiyədək hər iki ölkə Avropa İttifaqı üzvü olduğundan, problem qabarıq şəkildə büruzə vermirdi. Ancaq Britaniyanın Aİ-dən ayrılma qərarı verməsindən sonra məsələ yenidən gündəmə gəlib. Bundan öncə 1967 və 2002-ci illərdə Cəbəllütariqdə iki dəfə referendum keçirilmiş, bölgə xalqı İspaniyanın tərkibinə girməyi rədd edərək Britaniyaya sadiq olduğunu nümayiş etdirmişdi. Lakin buna baxmayaraq, ispanlar hələ də o ərazinin özlərinə aid olduğunu və sonadək mübarizə aparılacağını bildirirlər.

Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Britaniya hökuməti Cəbəllütariq boğazına nəzarətlə bağlı heç bir güzəştə gedilməyəcəyini açıqlayıb. Bu barədə Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqına açıq məktub ünvanlayıb.

 

Şərhlər