Mosulda neft quyularındakı yanğın 6 aydan sonra söndürülüb
03.04.2017 16:38 Dünyadan reaksiya 1232
İraqın Mosul şəhərinin Əl-Kayyara bölgəsində İŞİD terror qruplaşması tərəfindən yandırılan neft quyularındakı yanğını söndürmək mümkün olub.
AZƏRTAC xəbər verir ki, küçələrə tökülən neft hələ də təhlükə yaradır. Qara dumanlardan xilas olan xalq şəhərin təmizlənməsini və normal həyatlarına qayıtmağı istəyirlər. Yanğın insanların sağlamlığına mənfi təsir göstərməklə yanaşı, ciddi iqtisadi ziyana da səbəb olub. Gündəlik ən azı 1000 barrel neft yanıb və ya ətrafa yayılıb.
Qeyd edək ki, İŞİD terrorçuları qəsəbəni tərk edərkən buradakı neft quyularını yandırıblar. Şəhərdəki neft yatağında 50 quyu var. İŞİD tərəfindən yandırılan 19 neft quyusundakı yanğının söndürülməsi 6 ay davam edib.
Şərhlər