ABŞ-dan Rusiya və İrana: “Əsədi tanıyın"
05.04.2017 11:30 Dünyadan reaksiya 1386
İdlibdə həyata keçirilən kimyəvi bombardman Əsədin barbarcasına addımlar atdığının nümunəsidir.
Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.
“Rusiya və İran da daxil olmaqla Əsədi dəstəkləyib müdafiə edənlər, onun niyyətinin nə olduğunu bilməlidirlər. Öz xalqına qarşı kimyəvi silahdan istifadə edən hər kəs insanlığı unudub”, - Tillerson bildirib.
Qeyd edək ki, Suriyanın İdlib şəhərinə rejim tərəfindən xlor qazı ilə zəngin bombaların atılması nəticəsində azı 100 nəfər ölüb, 500 nəfər yaralanıb.
Şərhlər