ABŞ Türkiyəni Suriyaya dəyişdi

05.04.2017 11:57     Dünyadan reaksiya     1465

ABŞ PYD-nin Suriyada işğal etdiyi bölgədə inşa etdiyi hərbi hava bazasını böyüdəcək.

Bu hərbi baza ilə ABŞ terror qruplaşmalarına qarşı istifadə etdiyi təyyarələrin yerləşməsi üçün əlavə ərazi yaradır. Pentaqonun bu bazanı İncirlik hərbi bazasına alternativ kimi yaratdığı deyilir.

ABŞ-lı rəsmilər hava limanından yük, ekipaj üzvləri və şəxsi heyətin daşınmasında əhəmiyyətli yer tutacağını bildirirlər. ABŞ Mərkəzi Qüvvələr Komandanlığı mətbuat katibi mayor Con Tomas açıqlamasında bazanın Ayn əl-Ərəbin yaxınlığında, Rakkadan isə 90 km şimalda yerləşdiyini bildirib.

Tomas bu bazanın İŞİD-ə qarşı mübarizə aparan qüvvələrə əlavə yardım təşkil etdiyini bildirib. Bu hərbi bazanın inşasından əvvəl ABŞ hava qüvvələrinə məxsus təyyarə və PUA-larının Diyarbəkirdəki 8-ci Əsas Jet Bazası və Adanadakı İncirlik hərbi bazasında yerləşdiyini xatırladan Con Tomas hər şeyin savaşa daha yaxın ərazidə olduğunu bildirib. Tomasın açıqlaması ABŞ Suriyada İncirliyə alternativmi yaradır sualının meydana çıxmasına səbəb oldu.

Şərhlər

Çox oxunanlar