Bu zərbə ABŞ-ın qiymətli hədiyyəsidir
08.04.2017 12:38 Dünyadan reaksiya 1318
Birləşmiş Ştatların Suriyadakı aviabazaya raket zərbəsi İŞİD terror təşkilatı üçün "qiymətli hədiyyə" oldu.
Report xəbər verir ki, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov öz "Instagram" səhifəsində yazıb.
"İndi isə ABŞ-ın hərəkətləri barədə. Onların hərbi gəmilərindən buraxılan raketlər mülki vətəndaşların qanını axıtdı və bunu İŞİD üçün qiymətli hədiyyə etdi – Əsədin əldən düşmüş ordusu 10-a yaxın təyyarəsini itirdi. Terrorçular üçün yol açıqdır", - deyə o yazıb.
Şərhlər