Türkiyəli kontr-admiral: “Əslində, Suriyada neçə uşağın həlak olması ABŞ-ın vecinə deyil”
08.04.2017 12:56 Dünyadan reaksiya 1394
Türkiyəli kontr-admiral Soner Polat əmin olduğunu bildirib ki, ABŞ-ın Suriyaya raket zərbəsi bu münaqişəyə yalnız ziyan vurur.
ABŞ-ın hərəkətlərindən hiddətini gizlətməyən Polat virtualaz.org-a birmənalı şəkildə bildirib ki, “Tramp bu hərəkətləri bu başıbəlalı ölkədə vəziyyəti daha da ağırlaşdırır”.
“Sözün əsl mənasında, ABŞ suveren dövlətə təcavüz edib. Krımı ilhaq edən Rusiya, təkbaşına İraqda, Liviyada, indi isə Suriyada təcavüzlər edən ABŞ ümumi səylərlə BMT-ni bir təşkilat kimi dəfn ediblər. Bu ölkələr mövqelərini dəyişməsələr, dünyanı fəlakət gözləyir. Regiondakı bu cür hadisələr Türkiyə üçün təhlükəlidir, çünki son nəticədə, biz qaçqın axını ilə üz-üzə qalırıq. ABŞ öz zərbəsinə onunla bəraət qazandırır ki. guya Əsəd kimyəvi silahdan istifadə edib. Bağışlayın, buna sübutunuz hardadır?
Tramp artıq neokonların hakimiyyətinin altına keçib və bundan sonra onlar nə desələr, onu da edəcək. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Amerika prezidenti “Böyük Yaxın Şərq” layihəsinin müəllifi Kondaliza Raysı qəbul edib və həmin görüşdə bu qadın Trampı inandırıb ki, Suriya müxalifətinə və kürdlərə dəstəyi davam etdirsin. Həmin layihənin və dünənki bombardmanın son nəticəsi Kürdüstanın yaradılması ola bilər və Türkiyə bunu anlamalıdır. Əslində, orada neçə uşağın məhv olması Amerikanın vecinə deyil, ona regionda qələbə lazımdır və bunun mükafatı Kürdüstan kimi müttəfiq olacaq”, - türkiyəli kontr-admiral deyir.
Şərhlər