Rusiyanın Xəzər donanması döyüş hazırlığı vəziyyətinə gətirildib

10.04.2017 12:24     Dünyadan reaksiya     1248

Rusiyanın Xəzər dəniz donanmasının bir hissəsi tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev söyləyib. Astafyev buna əsas səbəbin donanmada aparılan yoxlamaların olduğunu bildirib. Yoxlamalara donanmanın komandanı Sergey Pinçuk rəhbərlik edir. Həştərxan və Mahaçkaladakı qarnizonların yoxlanılması xüsusi yer tutur. Yoxlamlarda həmçinin “Tatarıstan”, “Dağıstan”, “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”, “Volqodonsk” və “Mahaçkala” gəmiləri iştirak edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar