Tillerson Kremlə məxfi təkliflə gedir: Suriya əvəzinə...

10.04.2017 12:54     Dünyadan reaksiya     1158

ABŞ Dövlət katibi Reks Tillerson Moskvaya səfəri zamanı Rusiya rəsmilərindən Bəşər Əsədi dəstəyi dayandırmağı istəyəcək.

Bu barədə “Sandi Tayms” qəzeti məlumat yayıb.

ABŞ rəsmisinin İdlibdəki hücumdan Rusiyanın əvvəlcədən xəbərdar olduğunu sübut etmək istədiyi bildirilib.

Həmçinin 2013-cü ildəki kimyəvi silahların qadağan olunması ilə bağlı razılaşmanı pozduğuna görə Tillersonun Rusiyanı da ittiham edəcəyi vurğulanıb.

“Deyli Teleqraf” qəzeti isə Tillersonun Moskvaya Rusiyanın Əsədə dəstəyini dayandırması və öz qüvvələrini Suriyadan çıxartması üçün Böyük Yeddiliyin ultimatumunu çatdıracağını yazıb. Ultimatumda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin əks olunduğu iddia edilib.

Bu cür sərt yanaşma ilə bərabər, Rusiyaya şirinikləndirici təklif də irəli sürüləcək. Tillerson Moskvada rusiyalı həmkarına Böyük Yeddiliyə geri dönməyi təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Tillersonun aprelin 11-də Moskvaya iki günlük səfər edəcəyi gözlənilir.

Reaksiya.az

Şərhlər