İndoneziyadan BMT-yə Suriya çağırışı
10.04.2017 15:40 Dünyadan reaksiya 1433
İndoneziya BMT-yə Suriyada davam edən böhranın həll edilməsi üçün müraciət edib.
İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü Armanatha Nasir İdlibdə baş verən kimyəvi hücumu qınadıqlarını bildirib:
“İndoneziya Əsəd rejiminin İdlibdə törətdiyi kimyəvi hücumu qınayır. Suriya böhranı müzakirə olunaraq həll olunmalıdır. Bölgədəki münaqişənin tezliklə həll edilməsi üçün BMT-nin köməyinə ehtiyac var. ABŞ-ın Əsəd rejiminə qarşı hücumu daxil olmaqla hər hansı təktərəfli hərəkəti dəstəkləmirik”.
Qeyd edək ki, ABŞ aprelin 7-də Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib.
Şərhlər