Türkiyədə güclü partlayış olub

11.04.2017 12:21     Dünyadan reaksiya     1311

Türkiyənin Diyarbəkir vilayətində güclü partlayış baş verib.

Türkiyə mətbuatının yaydığı məlumatına görə, hadisə Bağlar rayonunda polis məktəbinin yaxınlığında qeydə alınıb.

Partlayış yerinə təhlükəsizlik qüvvələri, xilasedicilər və tibbi yardım maşınları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar