Bəşər Əsədə ağır itki: ABŞ qırıcıları Suriyanı yenidən bombaladı
11.04.2017 12:43 Dünyadan reaksiya 1266
Suriya ordusunun isə bəzi kəndlərə fosfor bombalar yağdırdığı bildirilir
Suriyada qanlı toqquşmalar davam edir. Sputnik Azərbaycan 5haber.com-a istinadən xəbər verir ki, Sarliam, Maarrat əl-Numan, Hbit və Əl-Şaqr kəndlərinə fosfor bombaları atılıb.
Hadisənin Suriya ordusuna məxsus döyüş təyyarələri tərəfindən törədildiyi iddia olunur. Beynəlxalq İnsan Haqlarını Müdafiə Təşkilatı hücumda çoxlu sayda mülki vətəndaşın öldüyünü açıqlayıb.
Bu arada, ABŞ ordusu Suriyaya hökumətinə bağlı qüvvələrə qarşı növbəti hərbi əməliyyat keçirib. Pentaqondan bu gün səhər verilən açıqlamada qeyd olunur ki, ABŞ-ın keçirdiyi qısa əməliyyat zamanı Suriya ordusuna aid döyüş təyyarələrinin 20 faizi məhv edilib. Müdafiə naziri Ceyms Mattis "Suriya rejiminin yenidən kimyəvi silahdan istifadə etməsi ağılsızlıq olacaq" deyib.
Xatırladaq ki, ötən həftə də Bəşər Əsədə bağlı hərbi hava qüvvələrinin İdlib vilayətini kimyəvi silahlarla bombaladığı xəbəri yayıldı. ABŞ tərəfinin bu iddiaları rəsmi Dəməşq və Moskvadan təkzib olundu. Bunun ardınca Amerika raketlərindən Suriyadakı aeroporta zərbələr endirildi.
Şərhlər