Pentaqondan Rusiya ilə müharibə haqda: "Mümkün deyil..."
12.04.2017 12:49 Dünyadan reaksiya 1121
Vaşinqton və Moskva arasında münasibətlərin kəskin şəkildə soyumasına baxmayaraq tərəflər əlaqələr kanalını aktiv şəkildə saxlayır.
Bunu Pentaqon rəhbəri Ceyms Mettis bildirib.
Mettis, həmçinin əlavə edib ki, Rusiya rəhbərliyinin ABŞ-ın Suriya üzrə yeni obyektlərinə mümkün zərbələrinə cavabın verilməsi barədə bəyanatını ciddi təhdid hesab etmir.
“Mən əminəm ki, ruslar onların maraqlarına cavab verən addımlar atacaqlar. Vəziyyətin nəzarətdən çıxması onların maraqlarında deyil”.
“Suriya lideri Bəşər Əsəd yəqin ki, bu hücuma görə təəsüflənir və o gələcəkdə də belə bir addım atmamışdan qabaq çox fikirləşməlidir”, - deyə Mettis vurğulayıb.
Pentaqon rəhbəri əlavə edib ki, ABŞ Suriyada vətəndaş müharibəsinin gedişatına müdaxilə etmək niyyətində deyil, lakin Əsəd rejiminə kimyəvi silahının tətbiqinə də icazə verməyəcək.
Şərhlər