Suriya Rusiyanın Yaxın Şərq qapısıdır.

14.04.2017 10:15     Dünyadan reaksiya     1254

Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Rusiyanın Bəşər Əsədlə əlaqələri kəsəcəyini gözləmək doğru yanaşma deyil

Bu sözləri Ağ Evin Yaxın Şərq üzrə keçmiş məsləhətçilərindən Mark Hinsberq CNBC telekanalına müsahibəsində deyib. Politoloq bildirib ki, Rusiya artıq ABŞ administrasiyasının mövqeyini və təzyiq üsullarını tam çılpaqlığı ilə gördü, buna baxmayaraq, öz mövqeyindən bir addım da geri çəkilmədi. Politoloq Suriyanın Rusiya üçün Yaxın Şərqdə strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Suriya Rusiyanın Yaxın Şərq qapısıdır. Hazırda Rusiyanın orada hərbi bazaları yerləşir”. M.Hinsberqin fikrincə, ABŞ bu məsələdə hələ G7 ölkələrinin də tam dəstəyini qazana bilməyib, çünki Avropa Suriyada nə edəcəyini müəyyənləşdirməyib. Qeyd edək ki, bundan az öncə ABŞ Prezidenti Tramp Rusiya ilə münasibətlərin düzələ biləcəyinə ümid verən mesajını sosial şəbəkədə paylaşmışdı.

Şərhlər