Stokholmda terror aktını törətmiş Özbəkistan vətəndaşı İŞİD üzvü olub
14.04.2017 12:25 Dünyadan reaksiya 1171
İsveçin paytaxtı Stokholmda terror aktını törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı Rəhmət Akilov İŞİD terror təşkilatı tərəfindən həmin qruplaşmaya cəlb olunub.
Trend-in məlumatına görə, bunu Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov mətbuat konfransında deyib.
Nazir təsdiq edib ki, R.Akilov 2014-cü ildə Stokholma iş üçün gedib. Orada İnternet vasitəsilə İŞİD nümayəndələri tərəfindən qruplaşmaya cəlb olunub.
Özbəkistanlı nazir onu da qeyd edib ki, R.Akilov öz həmvətənlərini Suriyada döyüşlərdə iştirak etməyə çağırırdı.
Qeyd edək ki, ötən həftə Stokholmda yük maşını 18 nəfəri vurub. Onlardan 4 nəfəri həlak olub, 15 nəfər isə xəsarət alıb.
Şərhlər