Şimali Koreyanın vitse-marşalı: “Müharibəyə müharibə, nüvə savaşına nüvə savaşı ilə cavab verməyə hazırıq”

15.04.2017 12:44     Dünyadan reaksiya     1439

“Biz müharibəyə müharibə, nüvə savaşına nüvə savaşı ilə cavab verməyə hazırıq”.

BBC-nin verdiyi xəbərə görə , bunu Şimali Koreya Xalq Ordusunun vitse-marşalı Çxve Ryon He Koreya Xalq Demokratik Respublikasının qurucusu Kim İr Senin anadan olmasının 105-ci ildönümünə həsr edilən hərbi paraddakı çıxışında bildirib.

İnformasiyaya əsasən, paradda Kim İr Senin nəvəsi ölkənin indiki lideri Kim Çen Inla yanaşı Dövlət Təhlükəsizlik İdarəsinin başçısı Kim Von Xon da iştirak edib. Bir müdət əvvəl xarici KİV Kim Von Xonun repressiyaya məruz qaldığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, bu günlərdə ölkənin xarici işlər nazirinin müavini Xan Son Ryol “Associated press”ə müsahibəsində yarımadada yaranan gərginliyə görə, ABŞ-ın məsuliyyət daşıdığını və Şimali Koreyanın bölgədəki Amerika qüvvələrinə “qabaqlayıcı zərbələr” endirməyə hazır olduğunu bildirmişdi.

Reaksiya.az

Şərhlər