Pentaqonun keçmiş rəhbərindən nüvə müharibəsi xəbərdarlığı
15.04.2017 13:32 Dünyadan reaksiya 1215
Seulda 20 milyon insan zərbənin hədəfinə çevriləcək
Pentaqonun sabiq rəhbəri Leon Panetta NBC telekanalının efirində Koreya yarımadasında vəziyyətin gərginləşməsini müzakirə edib.
"Report" xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın Şimali Koreyaya qabaqlayıcı zərbəsi nüvə müharibəsinə gətirib çıxara bilər. "Əvvəlki ABŞ prezidentlərinin Şimali Koreyaya qarşı "tətiyi nə üçün çəkməməklərinin" izahı var. Seulda 20 milyon insanı zərbənin hədəfinə çevirəcək, milyonlarla insanın həyatına son qoya biləcək nüvə müharibəsi ehtimalı mövcuddur" — deyə ABŞ-ın keçmiş müdafiə naziri bildirib. O əlavə edib ki, münaqişənin nizamlanmasında Çin hökuməti rol oynamalıdır. 20
Reaksiya.az
Şərhlər