Kremldən Türkiyədə keçirilən referenduma münasibət

17.04.2017 15:47     Dünyadan reaksiya     1349

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyədə konstitusiyaya edilən dəyişikliklərlə bağlı keçirilən referendumun nəticəsini şərh edib.

Peskov “Baş tutmuş referendum Türkiyə Respublikasının suveren hüququdur. Hesab edirik ki, türk xalqının iradəsinə hörmətlə yanaşmaq lazımdır”, deyib.

Qeyd edək ki, dünən keçirilən referendumda Türkiyə vətəndaşları 51,41%-lə konstitusiya dəyişikliklərinə səs veriblər.

Reaksiya.az

Şərhlər