Rus rap musiqi müğənnisi Timati Saakaşvilini ittiham edib

28.07.2015 11:37     Dünyadan reaksiya     2343

 
Odessa qubernatoru Mixail Saakaşvili Rusiyalı rap musiqi müğənnisi Timatinin 21 avqustda Odessada bir gecə klubunda təşkil etdiyi konsertə sənətçinin siyasi fikirlərini irəli sürərək mane olub. Timatinin Saakaşvilinin cavabı isə ironik və sərt idi.
Timatinin konsertindən xəbərdar olan gürcü əsilli Saakaşvili "Facebook" hesabında "Gecə klubunun Ukraynaya qarşı sərt mövqeyi olan Timatinin konsert verməyə necə dəvət edə bilıəcəyini hələ də anlaya bilmirəm" yazaraq, sərhəd təhlükəsizlik xidmətlərindən Timatinin Ukraynaya daxil olmağa icazə verməmələrini istəyəcəyini ifadə edib.
Saakaşvilinin reaksiyasının ardından gecə klubunun rəsmiləri Timatinin konsertini ləğv etdiklərini açıqlayıblar.
Klubun qubernator Mixail Saakaşvilinin xitab olaraq verdiyi açıqlamada bildirilib ki, Timati uzun illər həmin klubda konsert verib: "Ancaq bu il biz onu konsertə dəvət edərkən, siyasi görüşlərini düşünməmişdik. Sizi anlayır və düşüncələrinizə hörmət edirik".
Gecə klubu, daha sonra internet saytındakı Timati konserti elanını da saytdan çıxarıb.
TİMATİ: Ölkəsini satan insanı ciddi qəbul etmək olarmı?
Rusiyalı müğənni Timati isə konsertinin ləğv edilməsinə səbəb olan Saakaşvilinin mənalı bir cavab verib.
Saakaşvilinin Gürcüstan prezidentliyi dövründə çox müzakirə olunan "qalstuk yemək" lentini xatırladan Timati bildirib ki, konsertin ləğv edilməsi problem deyil:"Saakaşvilinin yeni bir təxribat yolu tapıb sevinməməsi üçün konsert verməyəcəyəm. Lakin öz ölkəsini satan, adı federal axtarış siyahısında olan, öz xalqı tərəfindən ölkəsindən qovulan bir insanın ciddi qəbul etmək olarmı, bilmirəm".

Şərhlər