Lavrov: “İranın taleyi iyunda həll ediləcək”
21.04.2017 16:18 Dünyadan reaksiya 988
Ümid edirəm ki, iyunda Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Astana sammitində İranın təşkilata üzvlük məsələsi həll ediləcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
“Bu gün çoxları artıq Təhlükəsizlik Şurasının sanksiyaları ilə bağlı məsələləri həll etmiş İrandan danışır. İndi o, tam şəkildə ŞƏT-in kriteriyaralarına cavab verir. Ümid edirəm ki, iyunda Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Astana sammitində İranın təşkilata üzvlük məsələsinə baxılacaq”, – deyə bildirib.
Şərhlər