ABŞ Şərqdən sonra Avropaya da bu qadağanı tətbiq edəcək
25.04.2017 12:04 Dünyadan reaksiya 1166
ABŞ prezidenti Donald Trampın administrasiyası Avropadan Amerikaya uçan təyyarələrdə böyük həcmli elektrotexnikanın gətirilməsinin qadağan edilməsi imkanlarının nəzərdən keçirir.
Trend məlumat verir ki, bundan öncə Donald administrasiyası Şimali Afrika və Yaxın Şərqin 8 ölkəsindən Amerikaya uçan təyyarlərdə elektrotexnikanın gətirilməsinin qadağan edilməsini planlaşdırdığı barədə bəyan etmişdi. Həmin ölkələr Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir.
Qadağanın müddətinə gəlincə, bildirilib ki, qeyri-müəyyən vaxtadək olacaq.
Şərhlər