Türkiyənin baş naziri: “Yaxın aylarda hökumətdə dəyişiklikləri müzakirə edəcəyik”
25.04.2017 12:46 Dünyadan reaksiya 1372
“Nazirlər Kabinetində yenilənmə demokratiyanın xeyrinədir”.
“Report” "Haber-7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım “Bloomberg International”a müsahibəsində bildirib.
“Ona görə də ehtiyac olarsa, Nazirlər Kabinetində dəyişiklik edilə bilər. Bunu da prezidentimizlə məsləhətləşmə ilə edərik. Fikrimcə, bu məsələni yaxın aylarda müzakirə edəcəyik”, - Binəli Yıldırım Nazirlər Kabinetində dəyişiklik ediləcəyini istisna etməyib.
Baş nazir növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalına da münasibət bildirib: “Fövqəladə hadisə baş verməzsə, növbəti parlament seçkiləri 2019-cu il noyabrın 3-də keçiriləcək. İndiki halda növbədənkənar seçkiyə getməyə ehtiyac yoxdur”.
O, Türkiyə prezidentinin yenidən hakim Ədalət və İnkişaf Partiyasına başçılıq edəcəyi ilə bağlı qurultayın keçiriləcəyini də vurğulayıb.
B.Yıldırım qurultayın keçiriləcəyi tarixi açıqlamayıb.
“Habertürk” isə mayın 20-21-də Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayının keçiriləcəyi barədə məlumat yayıb.
Şərhlər