Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın iki əsas düşərgəsini məhv edib

25.04.2017 12:52     Dünyadan reaksiya     1246

Türkiyə Silahlı Qüvvələri İraqın Sincar dağı və Suriyanın şimal-şərqində havadan antiterror əməliyyatı keçirib.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.


İraqın şimalında yerləşən Sincar dağı və Suriyanın şimal-şərqindəki Karaçok dağında terrorçu PKK qruplaşmasının düşərgələri dağıdılıb.
Həmin bölgələrdən Türkiyəyə terrorçular, silah-sursat ötürülürmüş.


Məlumata görə, əməliyyat aprelin 25-də Bakı vaxtı ilə səhər sat 04-də başlayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar