Belarus: “ABŞ-ın NATO-dan tələbi məntiqli deyil”
26.04.2017 16:11 Dünyadan reaksiya 1305
Biz ABŞ-ın NATO ölkələrindən hərbi xərclərini ümumdaxili məhsullarının 2% həcminə çıxarılması təklifini doğru hesab etmirik.
Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Belarus Müdafiə naziri Andrey Ravkov söyləyib.
“Bu tələb Şimali Amerika hərbi sənaye kompleksinin maraqlarına lobbiçilik etməkdən başqa bir şey deyil. Ağıllı şəkildə hərbi xərclərin məhdudlaşdırılması ətrafında danışıqlar aparmaq yerinə bəzi ölkələr hələ də onun artım tendensiyasını saxlayırlar”, – deyə o bildirib.
Şərhlər