Tramp Koreyadan 1 milyard istədi

28.04.2017 12:02     Dünyadan reaksiya     1446

Biz Cənubi Koreyadan təqdim etdiyimiz THAAD hava hücumundan müdafiə sistemlərinə qarşılıq olaraq 1 milyard dollar tələb edəcəyik.

Bunu “Röyter” agentliyinə müsahibəsində ABŞ Prezidenti Donald Tramp söyləyib.

“Mən Cənubi Koreyaya xəbərdarlıq etmişəm ki, onlar ödəniş etsələr, daha yaxşı olar. Bu sistemlər 1 milyard dollar dəyərindədir”, – deyə o bildirib.

Seulun cavabı isə gecikməyib. Cənubi Koreya Müdafiə Nazirliyi Amerikanın THAAD hava hücumundan müdafiə sisteminin istifadə xərclərini Vaşinqtonun ödəməli olduğunu bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar