Rus ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

29.04.2017 13:58     Dünyadan reaksiya     1230

Şimali Koreyanın raket sınaqları ilə əlaqədar Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov söyləyib.

O, Rusiyanın öz hava məkanına tam nəzarət etdiyini bildirib.

Qeyd edək ki, ötən gün saat 23:30-da Pxenyan növbəti ballistik raket sınağı keçirib. ABŞ hərbi mənbələri sınağın uğursuz olduğunu açıqlayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar