Türkiyə Hərbi Hava qüvvələri İraq və Suriyanın şimalında 89 terrorçunu məhv edib

29.04.2017 14:03     Dünyadan reaksiya     1362

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Hərbi Hava qüvvələrinin keçirdiyi hava əməliyyatı zamanı İraq və Suriyanın öldürülən terrorçuların sayı barədə kəşfiyyat məlumatlarını açıqlayıb.

 “Anadolu”agentliyinin  verdiyi xəbərə görə, İraqın şimalındakı Sincar rayonunda terrorçu PKK-nın Suriyadakı qolları YPG və PYD-nin bazalarına hava zərbələri nəticəsində aprelin 25-də 40 terrorçu məhv edilib.

Həmin gün daha 49 terrorçu, o cümlədən 4 səhra komandiri, Suriyanın şimalındakı Karaçok rayonunda aviareyd zamanı öldürülüb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar