Ərdoğan planlarını açıqladı

02.05.2017 21:13     Dünyadan reaksiya     1307

Ərdoğan: "Əsas məsələ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birgə addımların atılmasıdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərində Vladimir Putinlə nəyi danışacaqlarını söyləyib. O, həmçinin mayın 16-da ABŞ-ın dövlət başçısı Donald Trampla da müzakirə edəcəyi mövzular barədə məlumat verib.

Suriyaya dair gələcək planlarını açıqlayan Ərdoğan, türk ordusunun hədəfində Münbic və Rakkanın olduğunu bildirib. Prezident deyib ki, ən əsas məsələ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birgə addımların atılmasıdır. “Sabahkı Rusiya səfərimdə, bu ölkənin prezidenti Vladimir Putinlə görüşəcəyəm, müzakirələr aparacağıq. Ümid edirəm ki, bu görüşdən xeyirli nəticəylə dönəcəyik. Mayın 16-da isə Amerikaya səfərim var, Orada da Donald Trampla görüşəcəyəm. Bu məsələlərə eyni mövqedən yanaşaraq yeni prosesi başlada bilsək, Suriyada, hətta İraqda yeni dönəmin təməlini atmış olarıq. Nə cür addım lazımdır, atarıq. Biz PKK-ın Suriya qolu PYD-nin, YPG-nin Suriyanın şimalındakı həvəslərinin kökünü kəsəcəyik, bunu hər kəs bilməlidir” — Ərdoğan qeyd edib.

Reaksiya.az

Şərhlər