İranda zəlzələ: xəsarət alanlar var

03.05.2017 11:52     Dünyadan reaksiya     1311

İranın Xorasan-Rəzəvi vilayətində 3.5 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələ nəticəsində ən azı iki nəfər xəsarət alıb.

Tehran Geofizika İnstitutu nəzdində seysmoloji idarənin verdiyi məlumata görə, zəlzələnin dərinliyi 7 km olub.

Vilayətin Fövqəladə Hallar İdarəsinin qərargah direktoru Xocat Əli Şənfər bildirib ki, əraziyə xilasedicilər göndərilib.

Reaksiya.az

Şərhlər